Xarici əsgərlər Ukraynaya gələcək

18.11.2015 14:52     Dünyadan reaksiya     2307

NATO ölkələrinin əsgərləri Ukraynalı əsgərlərə təlim keçəcək və birgə hərbi təlimlərdə iştirak edəcəklər.

Reaksiya.az xəbər verir ki, Ukrayna prezidenti Petro Poroşenko, 17 noyabr tarixində xarici əsgərlərin Ukraynada keçiriləcək ortaq hərbi təlimlərdə iştirakını nəzərdə tutan və prezidentin 6 noyabr tarixli qərarını təsdiq edən 786-VIII saylı sərəncam imzalayıb.

Petro Poroşenkonun 6 noyabr tarixli 626/2015 saylı fərmanına görə, Ukraynada noyabr-dekabr aylarında keçiriləcək çoxmillətli təlimlərdə iştirak etmək üçün ABŞ, NATO üzvü digər ölkələr və "Sülh Naminə Tərəfdaşlıq" proqramına daxil olan ölkələrin silahlı qüvvələrinin birliklərinə 61 gün müddətində Ukraynaya girmək üçün icazə verilməsini nəzərdə tutur. Keçiriləcək təlimlərdə silah və hərbi texnika ilə birlikdə 2500 əsgərin iştirak etməsi gözlənilir.

Şərhlər

Çox oxunanlar