Obama Filippinə iki döyüş gəmisi bağışladı

18.11.2015 15:39     Dünyadan reaksiya     1910

Çinə isə xəbərdarlıq etdi

ABŞ prezidenti Obama Filippində verdiyi açıqlamada Çinin Cənubi Çin dənizindəki torpaq qazanma layihələrinə son qoymasını istəyib. ABŞ prezidenti dünən də Filippinə dənizlərdəki təhlükəsizliyini artırması üçün iki döyüş gəmi daha göndərəcəklərini açıqlamışdı.

Reaksiya.az xəbər verir ki, ABŞ prezidenti Barak Obama Filippin Dövlət Başçısı Benigno Aquino ilə Çinin torpaq qazanma layihələrinin regional sabitliyə təsirlərini də müzakirə etdiklərini də vurğulayıb.

Dənizlə əlaqədar problemlərin sülh yolu ilə həll edilməli olduğunu ifadə edən Obama regiondakı gərginliyin azaldılması üçün Cənubi Çin dənizində ərazi qazanma cəhdlərinə son qoyma öhdəliyini də özündə ehtiva edən "cəsur addımların" atılmalı olduğunu qeyd edib.

Aquino isə Cənubi Çin dənizində beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq naviqasiya azadlığının təmin edilməsini istəyib.

Neft, təbii qaz və balıqçılıq baxımından zəngin təbii ehtiyatlara sahib Cənubi Çin dənizindəki ada və adacıqlar, Tayvan, Çin, Bruney, Malaziya, Vyetnam və Filippin arasında uzun müddətdir müzakirə mövzusudur. Region ölkələri adacıqların hamısına ya da bir hissəsinə iddiasını bildirir. Çin 1948-ci ildə nəşr olunan "Doqquz zolaqlı xəritə"yə əsaslanaraq, Cənubi Çin dənizinin təxminən 80% - nin ona aid olduğunu iddia edir.

Tayvan və Filippin də eyni şəkildə bölgənin özlərinə aid olduğunu bildirir. ABŞ isə Çini regionu silahlandırmaqda günahlandırır.

Şərhlər

Çox oxunanlar