Obama, Putin və Olland yeni koalisiyə qurur - Terrora qarşı
18.11.2015 16:01 Dünyadan reaksiya 1881
Rusiya, Fransa və ABŞ “İslam dövləti” ilə mübarizədə adi danışıqlar çərçivəsindən kənara çıxıb və “böyük koalisiya” halında hərəkət etməyə başlayırlar.
Reaksiya.az xəbər verir ki, bu barədə “Wall Street Journal” yazıb.
ABŞ prezidenti Barak Obama qeyd edib ki, əgər Rusiya özünün Suriyadakı strategiyasın dəyişsə, Moskvanın hərbi kampaniyasını genişləndirməsində Vaşinqtondan da dəstək görəcək.
Bundan başqa, Fransua Ollan da rusiyalı həmkarına zəng edərək, birgə planları müzakirə edib və gələn həftə Moskva və Vaşinqtona ehtimal olunan səfərləri barədə məlumat verib.
Ollandın yeni, böyük bir alyans məqsədi ilə bu səfərləri reallaşdıracağı gözlənilir.
Şərhlər