Rusiya Ukraynaya ərzaq embarqosu tətbiq edəcək
18.11.2015 18:00 Dünyadan reaksiya 1608
Rusiya 2016-cı ilin yanvarın 1-dən Ukraynaya ərzaq embarqosu tətbiq edəcək.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya iqtisadi inkişaf naziri Aleksey Ulyukayev “Rossiya 24” telekanalına açıqlamasında deyib.
“Ukrayna Rusiyaya qarşı iqtisadi-maliyyə sanksiyalarına qoşulduğu üçün ərzaq embarqosu şəklində müdafiə tədbirləri görmək qərarına gəldik. Sadəcə bu qərar yanvarın 1-dək təxirə salınıb”, - deyə o bildirib.
Qeyd edək ki, Ukrayna hökumətinin iclasında baş nazir Arseni Yatsenyuk bildirib ki, Rusiyanın tətbiq edəcəyi ticarət embarqosu Ukraynaya 600 milyon dollar ziyan vuracaq.
Şərhlər