Avropa Şurasında Dünya Demokratiya Forumu keçirilir

19.11.2015 00:23     Dünyadan reaksiya     1580

Bu gün Strasburqda Avropa Şurasının təşkilatçılığı və Fransa hökuməti, Strasburq şəhər meriyası, Elzas regionunun dəstəyi ilə “Azadlıq nəzarətə qarşı: demokratiya üçün cavab” adı altında Dünya Demokratiya Forumu başlayıb.

Reaksiya.az-ın xəbərinə görə, 2 gün davam edəcək forumda “Təhdid olunan demokratik cəmiyyətdə azadlıqla təhlükəsizlik arasındakı tarazlığı necə qorumalı?”, “Demokratik cəmiyyətlər qorxunun aradan qalxmasına nə dərəcədə müqavimət göstərə, məsuliyyət və fəal vətəndaşlıq üzərində qurulmuş cavablar təklif edə biləcəklər?”, “Fərdlər hüquq və azadlıqları pozulmadan təhlükəsizlik risklərini üzərilərinə götürə biləcəklərmi?” kimi müxtəlif aktual suallara cavablar axtarılacaq.

Foruma dünyanın 100-dən çox ölkəsindən siyasət adamları, vətəndaş cəmiyyətlərinin üzvləri, jurnalistlər, aktiv gənclər və müvafiq ekspertlər – ümumilikdə 1500 nəfərə qədər iştirakçı qatılıb.

Forumun qonaqları arasında Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Dezir, ABŞ Milli Təhlükəsizlik Agentliyinin sabiq zabiti Vilyam Binney, Avropa İttifaqının məhkəmələrarası əməkdaşlıq Agentliyinin sədri Mişel Koninsks, İslam Bilikləri və Orta-Şərq Mərkəzinin sədri Əhməd İravani, 2011-ci il Nobel sülh mükafatçısı Tavakkol Karman, Quantanamo həbsxanasının keçmiş məhbusu Murad Bençellali kimi tanınmış simalar da var.

Forumda 19 işçi qrup üzrə müxtəlif sahələr və mövzular üzrə müzakirələr aparılacaq.

Şərhlər

Çox oxunanlar