“Wikileaks” bu dəfə Səudiyyə Ərəbistanını vurub
23.06.2015 12:22 Dünyadan reaksiya 2122
“Wikileaks” Səudiyyə Ərəbistanı ilə bağlı insan hüquqlarının pozulması, İranın nüvə proqramı, Misir kimi müxtəlif mövzularda təxminən 60 min diplomatik sənədi nəşr edib. Qurum eyni zamanda önümüzdəki həftələrdə yarım milyon daha sənədi yayınlayacağını bildirib. “Wikileaks” qurucusu Jullian Assange verdiyi açıqlamada Səudiyyə Ərəbistanındakı diktatorluğun bölgədə böyük bir təhdid olduğunu vurğulayıb.
"Çox gizli" olduğu bildirilən Ərəbistanlsa bağlı sənədlərin bazaya yüklənməsi, sənədlərin Səudiyyə Ərəbistanı Kəşfiyyat Xidməti, Daxili İşlər Nazirliyi və digər dövlət təşkilatları tərəfindən da maraqla qarşılandığı bildirilib. "Diktatorluqla idarəetmə üsulu ilə region ölkələrinə pis nümunə olduğu bildirilən Səudiyyə Ərəbistanının insan hüquqları sahəsində qeyri - kafi qiymət aldığı bildirilən açıqlamada, ölkənin qonşusu Yəmən ilə müharibə vəziyyətində olduğu xatırladılaraq, sənədlərin əksəriyyətinin strateji açıdan əhəmiyyət kəsb etdiyi qeyd olunub.
Sənədlərdəki İDDİALAR
Sənədlərdə Səudiyyə Ərəbistanının Hüsnü Mübarək üçün 10 milyard dollar ödəməyə hazır olduğu, İslamçı kürd qruplarının 2 milyon Ərəbistanı riyalı maliyyə istədikləri, 2012 - ci ildə Yəməndəki seçkilərdə xaosun yaranması üçün 250 milyon dollar ödədiyi, Vatikanı Suriyada terrorist “mülayim müxalifləri” dəstəkləmələri üçün razı olmağa çalışdığı, Misirə Həcc vizasından sui- istifadə edib artıq gizli viza verdikləri iddia olunur. “Wikileaks”in kral Abdullah dövründə görülmüş çirkli işlərlə bağlı məlumatların məhz Kral Salman dövründə paylaşması da olduqca maraqlıdır.
Şərhlər