ABŞ bu adamın başına 5 milyard dollar qiymət qoydu

19.11.2015 11:02     Dünyadan reaksiya     1938

ABŞ rəhbərliyi İŞİD terror qruplaşmasının liderlərindən Əbu Məhəmməd əl-Şimalinin yaxalanmasına kömək edənlərə mükafat verəcək.

Reaksiya.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumata görə, "Ədalət üçün mükafat" proqramı çərçivəsində Şimalinin tutulması üçün 5 milyon dollar mükafat ayrıldığı qeyd olunub.

Şimalinin 2005-ci ildən bəri Əl-qaidə və daha sonra da İŞİD üçün işlədiyi bildirilərək hazırda onun İŞİD-in qaçqınlar və logistik dəstək qurumunun əhəmiyyətli liderlərindən biri olduğu vurğulanıb.

Həmçinin, Dövlət Departamentinin açıqlamasında Şimalinin xarici döyüşçülərin Türkiyə və Suriyanın Cerablus şəhəri üzərindən nəqliyyatını təmin etdiyini deyilib.

Qeyd edək ki, 1984-ci ildən bəri "Ədalət üçün mükafat" proqramı çərçivəsində 80 nəfərə 125 milyon dollar ödəniş olunub.

Şərhlər

Çox oxunanlar