Rus təyyarəsi “qutu bomba” ilə partladılıb! - Kommersant: "1999 – cu ildəkinə bənzəyir"

19.11.2015 11:49     Dünyadan reaksiya     2786

İŞİD keçən ay Misirin Sina yarımadası səmasında bir rus təyyarəsini partladıb. 224 nəfəri qətlə yetirən əl istehsalı olan bombanın bir içki qutusunun içində təyyarəyə yerləşdirildiyini bildirilib. İŞİD özünün “Dabi” adlı jurnalında bombanın hazırlanma prosesinin şəkillərini də yayıb.

Şəkildə bir “Schweppes Gold” içkisinin boş qutusu ilə yanaşı fitil və alışqana bənzəyən iki əldəqayırma vasitələr görülür. Rus kəşfiyyatı da bombanın təxminən 1 kilo detenatorla hazırlandığını müəyyən etmişdi.

Reaksiya.az “Reuters”ə istinadən xəbər verir ki, İŞİD-in təkcə bu üç əşya ilə təyyarədə partlayış törətməsi doğrudursa, onda gərək bütün dünyada hava limanlarında təhlükəsizlik rəsmiləri ciddi-ciddi düşünməlidirlər.

Təşkilatın bombanı Şarm əl Şeyx Hava limanındaki bir təhlükəsizlik boşluğundan faydalanaraq təyyarəyə keçirdiyi də bildirilib.

Jurnaldakı xəbərdə isə, Qərb və Rusiya nəzərdə tutularaq, "Şərq və Qərbin xaçlıları, xilafətin Müsəlmanları qorxaq bir şəkildə bombalanıb özlərini jetlərində etibarda hesab etdilər. Biz də intiqam aldıq" – sözlərindən istifadə olunub.

“KOMMERSANT”IN İDDİASI

“Kommersant” qəzeti isə bu gün dərc verdiyi bir xəbərdə, haqqında danışılan patlayıcının 1999 – cu ilin sonunda Moskvada bəzi binalarda partlayan və yüzlərlə insanın ölümünə səbəb olan bombalarla demək olar ki, eyni olduğunu iddia edib.

Qəzetin təhlükəsizlik mütəxəssislərinə istinadən verdiyi xəbərə görə, o dövrdə Şimali Qafqazda Rusiyaya qarşı döyüşən Xəttab adlı terroristin liderliyindəki qüvvələr tərəfindən reallaşdırıldığı ifadə edilən hücumlarda təkcə patlayıcının məhv gücünün daha yüksək olsa da, amma daxilində eyni partlayıcıların sayı bir neçə ədəd olub.

Şərhlər

Çox oxunanlar