Rusiya Çinə 24 ədəd qırıcı təyyarə satacaq

19.11.2015 12:17     Dünyadan reaksiya     1771

Rusiya Çinə 24 ədəd Su-35 qırıcı təyyarəsi satacaq.

Reaksiya.az-ın  APA-ya  istinadən verdiyi məlumata görə, “Rostex”  korporasiyasının nümayəndəsi Viktor Kladov bildirib ki, iki ölkə arasında müvafiq saziş imzalanıb.

Onun sözlərinə görə, Rusiyanın Su-35 təyyarələrini satacaq ilk ölkə Çindir.

“Bu şübhəsiz ki, Rusiyanın siyasi seçimidir. Bu seçim Rusiya-Çin strateji tərəfdaşlığının dərinliyini göstərir”, - deyə V. Kladov vurğulayıb.

Şərhlər

Çox oxunanlar