Den Bilzeryan Qarabağ separatçılarını silahlandırır
23.06.2015 12:29 Dünyadan reaksiya 1921
Den Bilzeryan erməni mənşəli Amerika kapitalistidir, Qarabağ separatçılarını silahla təmin edir.
Oxu.Az xəbər verir ki, erməni separatçıları bu barədə məlumatı forumlarının birində paylaşıblar:
“DQR ordusuna silahlanmada yardım edən Den Bilzeryana xüsusi minnətdarıq. Bu yaxınlarda o, 30 ədəd M82 Barret və 50 ədəd M110 snayper tüfəngi, eləcə də gecə görmə cihazı/teplovizer dəstləri göndərib”.
Öz növbəmizdə qeyd etmək istərdik ki, M82 Barret snayper tüfəngi dünyada ən yaxşı silahlardandır, bu silah ilə modifikasiyasından asılı olaraq 1600-1800 metr məsafədə olan hədəfi yüksək dəqiqliklə məhv etmək olur.
М110 yarımavtomat snayper tüfəngidir (Rusiyanın SVD tüfənginin analoqudur).
Qeyd edək ki, Denin iddia etdiyi kimi 32 yaşında o, 100 000 000 dollar sərvətə malikdir.
Onun İnstagram səhifəsi ən populyar səhifələrdəndir. Milyonçu eləcə də silah həvəskarıdır, bunu onun səhifəsində paylaşdığı şəkillər də sübut edir.
Şərhlər