Rusiyanın embarqosunun Ukraynaya təsirləri nə olacaq?

19.11.2015 13:07     Dünyadan reaksiya     2282

Ukraynanın baş naziri Arseniy Yatsenyuk Rusiyanın 2016-cı ildə qida embarqosunun tətbiqi halında Ukraynada yaşanacaq itkilərlə bağlı açıqlama verib. Reaksiya.az xəbər verir ki, Ukrayna baş naziri Arseniy Yatsenyuk, Rusiyanın 2016-ci ildə Ukraynaya qida embarqosu tətbiq etməsi halında Ukraynanın təxminən 600 milyon dollar itirə biləcəyini dilə gətirib. 18 noyabrda təşkil edilən Ukrayna Nazirlər Kabinetinin toplantısında çıxış edən Arseniy Yatsenyuk bildirib ki, Ukrayna son 3 il ərzində Rusiya bazarına asılılığını azaltsa da, həmin rəqəmin 3 qat azalaraq 35% yerinə 12,5% civarına düşüb.

Ayrıca baş nazir Yatsenyuk Ukrayna Xarici İşlər Nazirliyi və ticarət nümayəndəliyinə Avropa İttifaqı ilə birlikdə Rusiyanın embarqosundan meydana gələcək ziyanı dəyərləndirmə və Rusiyanın sanksiyalarının mənfi nəticələrinin öhdəsindən gəlmə planını hazırlanması ilə bağlı vəzifələndirib.

Şərhlər

Çox oxunanlar