“Avropada terror hücumları davam edəcək” - Almaniyalı nazir
19.11.2015 13:24 Dünyadan reaksiya 1954
Almaniyanın daxili işlər naziri Avropada İŞİD terror təşkilatının hücumlar təşkil etmək təhlükəsinin hələ də davam etdiyini bildirib. Reaksiya.az xəbər verir ki, nazir Tomas de Maiziere təhlükənin hələ də başa çatmadığını qeyd edərkən, ölkədəki son vəziyyətlə bağlı açıqlama verib. Reaksiya.az xəbər verir ki, alman xalqına səslənən de Maiziere xalqın hökümətə inanmalı olduğunu və futbol matçının ləğvi ilə bağlı haqlı səbəbləri olduğunu vurğulayıb.
Qeyd edək ki, Almaniya ilə Hollandiya milli futbol komandaları arasında oynanacaq dostluq oyunu başlanmasına iki saat qalmış polisin tələbiylə ləğv edilib. Eyni zamanda Hannover şəhərində bombalı hücum təhlükəsinə görə qatar, tramvay və metro səfərlərinin də dayandırıldığı açıqlanıb.
Şərhlər