Yəmən məsələsində İrandan BMT-yə çağırış
19.11.2015 14:35 Dünyadan reaksiya 2470
İran xarici işlər naziri Zərif Yəmən böhranının siyasi yollarla həll məsələsində BMT-nin təsirli rol oynamalı olduğunu söyləyib. Reaksiya.az xəbər verir ki, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən Tehranda BMT-nin Yəmənin xüsusi nümayəndəsi İsmayıl Vələd Şeyx Əhmədlə görüşündə İran İslam Respublikasının Yəmənlə bağlı mövqeyinin, atəşkəsin təmin edilməsi və Yəməndə başlayan siyasi prosesin müvəffəqiyyətli bir şəkildə davam etməli olduğunu ifadə edərək, "İran, bu siyasi prosesdə Yəməndəki bütün qrupların iştirak etməsini istəyir" - deyib.
Zərif Yəmənlə bağlı ağır şərtlərin bir an əvvəl dayandırılmalı olduğunu biıdirərək, bu ölkəyə yönəldilən aylardır davam edən bombardmanların vətəndaşların ölümü və Yəmənin bütün infrastrukturunun viran qoyulmasından başqa bir nəticə yaratmadığını ifadə edib. Zərif eyni zamanda günahsız insanların öldürülməsinin heç kimə bir fayda verməyəcəyini söyləyib.
Yəmənlə bağlı son proseslər haqqında məlumat verən Şeyx Əhməd də bu görüşdə bütün siyasi qrupların yer alacağı prosesin başladığını və İranın da bu müzakirələrdə iştirakının faydalı olacağını bildirib.
Şərhlər