“ABŞ-ın Yaxın Şərq planı uğursuzluğa düçar olub” - Hüseyn Salami
19.11.2015 15:12 Dünyadan reaksiya 2169
General-mayor Hüseyn Salami ABŞ-ın Yaxın Şərqdə izlədiyi siyasətin uğursuz olduğunu ifadə edib. Reaksiya.az xəbər verir ki, İranın Qum şəhərində təşkil edilən Şəhid General Mehdi Zeynəddini anma mərasimində danışan İran İslam Respublikası İnqilab Mühafizləri Komandiri general - mayor Hüseyn Salami 4 döyüşdə məğlub olan Amerikanın mane ola bilmədiyini və hazırda da təhlükəsizlik məsələsində ABŞ - ın hər zamankından daha çox kabus içində olduğunu söyləyib.
General-mayor Salami Amerikanın bir zamanlar İslam dünyası, qərb və şərq Asiyadakı proseslərin determinant olduğunu, ancaq bu gün normal bir oyunçuya çevrildiyini ifadə edərkən, İranın da bölgədə siyasi tarazlıqları əlində tutan bir gücə çevrildiyini ifadə edib.
General-mayor Salami Avropanın təhlükəsizlik sisteminin qeyri-nizami bir hala gəldiyini ifadə edərək bildirib ki, terroristləri hər baxımdan dəstəkləyən Qərb ölkələri, bir gün bu terror bəlasının özləri üçün ciddi bir problemə çevriləcəyini və terrorçuların öz torpaqlarını da etibarsız hala gətirəcəklərini düşünməli idilər.
Şərhlər