"İŞİD məğlub edilənə qədər vəzifəmi tərk etməyəcəm" - Əsəd
19.11.2015 15:19 Dünyadan reaksiya 2056
"İŞİD məğlub edilənə qədər vəzifəmi tərk etməyəcəm".
Reaksiya.az xəbər verir ki, bu sözləri Suriya prezidenti Bəşər Əsəd İtaliyanın “Rai” televiziya kanalına müsahibəsi zamanı deyib.
Əsəd təkcə İŞİD-in terrorçu olmadığını, hökümət qüvvələrinə qarşı döyüşən silahlı müxalifləri də terrorçu hesab etdiyini qeyd edib: "Bu, hər ölkədə belədir. Avtomatlarla atəş açanlar heç yerdə təkcə müxalif adlandırılmır".
Həmçinin, prezident İŞİD-in məğlubiyyətə uğradılmasından sonra, hakimiyyət dəyişikliyi üçün bir və ya iki ilin kifayət edəcəyini, növbəti prezident seçkilərində yenidən namizəd olacağını bildirib: “Prezident seçkilərində namizəd olmağımı qadağan edən hər hansı qırmızı xətt yoxdur. Mən seçiləndə suriyalıların gələcəyi daha yaxşı olacaq".
Əsəd seçki olmadan hakimiyyətdə qalmasının özü üçün siyasi bir səhv olacağını da deyib.
Şərhlər