Taylandda İŞİD-lə bağlı Rusiya vətəndaşı tutuldu
19.11.2015 15:30 Dünyadan reaksiya 1865
Tayland-Kamboca sərhədində 27 yaşlı Rusiya vətəndaşı Ayrat Xabiryanov oğurlanmış İspaniya pasportu ilə saxlanılıb.
Reaksiya.az xəbər verir ki, “Bangkok Post” həmin şəxsin İŞİD-lə əlaqədə şübhəli bilindiyini yazıb.
Xabiryanovun sözlərinə görə, o, Taylandda icazəli qalmaq müddətini keçdiyinə görə, Malayziyadakı cinayətkar qruplardan 10 min dollara İspaniya pasportu əldə edib. Pasportun əsl sahibi isə onun itməsi barədə iyun ayında şikayət etmişdi.
Bu günlərdə Kiyevdə də İŞİD-lə əlaqədə şübhəli bilinən Rusiya vətəndaşı saxlanılıb.
Şərhlər