İŞİD-in G20 planı - Liderlərin başı kəsiləcəkdi
19.11.2015 16:24 Dünyadan reaksiya 1886
Türkiyə polisi İŞİD terrorçularının prezidentlərə qarşı terror planını ortaya çıxarıb.
Türkiyə polisi İŞİD -in “Böyük İyirmilik” ölkələrinin sammitində həyata keçirəcəyi terror planının üstünü açıb.
Reaksiya.az ANS PRESS-ə istinadən xəbər verir ki, İŞİD terror hadisələrini əsasən liderlərin qaldığı otellərdə və gecə klublarının həyata keçirməyi planlaşdırırdı.
Polis hücum planını Ankara terrorunu araşdırarkən ortaya çıxarıb. Təhlükəsizlik qüvvələrinin Gaziantep şəhərində terrorçuların gizləndiyi evdə apardığı əməliyyat zamanı çox sayda partayıcı maddə ələ keçirilib.
Plana əsasən liderlərin keçəcəyi ərazilərdə əvvəlcədən kəşfiyyata çıxan terrorçular içərisinə bomba yerləşdirilən avtomobili partladacaq, daha sonra sağ qalanların boğazlarını kəsərək öldürəcəkdilər.
G20 sammitində dünyanın ən güclü iqtisadiyyatına malik olan dövlətlərinin liderləri iştirak edib. 15-16 noyabr tarixlərində Antaliyada keçirilən G20 sammiti Parisdə baş verən terror hadisələrinin fonunda baş tutdu. Sammitin keçirildiyi Antaliya şəhərini 2 gün ərzində 12 mindən çox polis mühafizə edib.
“Böyük İyirmilik” ölkələrinin sammitindən 2 gün əvvəl Fransanın paytaxtı Paris şəhərində 132 nəfərin ölümün ilə nəticələnən terror hadisəsi baş vermişdir. Yeddi ayrı yerdə təşkil edilən partlayışlara və hücumlara görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
Şərhlər