“McDonald's” İrana buraxılmayacaq - Düşmən simvoludur

19.11.2015 16:22     Dünyadan reaksiya     2030

İran hökuməti “McDonald's” restoranlar şəbəkəsini ölkəyə buraxmayacaq.

Reaksiya.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İranın sənaye, dağ-mədən və ticarət nazirinin müavini Müjtəba Xosrovtac bildirib.

“Bəzi istehlak mallarında aBŞ-ın simvolunu görmək olar. Məsələn, “McDonald's”ın məhsullarında. Bir sıra ölkələrdə “McDonald's”a ölkədə Amerikanın mövcudluğunun simvolu kimi baxırlar”, - nazir müvaini bildirib.

Onun sözlərinə görə, “İran xalqı dərk edib ki, Amerika düşmən ölkədir və onun belə bir simvolunu ölkəyə buraxmaq olmaz”.

 

Şərhlər

Çox oxunanlar