Lavrovun səfəri Ermənistanı həyəcanlandırdı
19.11.2015 16:28 Dünyadan reaksiya 1783
Ermənistan parlamentində xarici işlər naziri Edvard Nalbandyanın iştirakı ilə qapalı iclas keçirilir.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, görüşdə xarici əlaqələr üzrə komissiyanın üzvləri, AŞPA-dakı nümayəndə heyəti, o cümlədən müdafiə, milli təhlükəsizlik və daxili işlər üzrə komissiyanın rəhbəri Koryun Naapetyan iştirak edir.
Görüşdə Rusiya xarici işlər nazirinin İrəvana səfərinin müzakirə olunacağı gözlənilir. Bəzi məlumatlara görə, S. Lavrovun səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə olunub.
Şərhlər