Rusiya və Suriya xarici işlər nazirlərinin görüşü olacaq - Moskvada

19.11.2015 17:25     Dünyadan reaksiya     1859

Gələn həftə Moskvada Rusiya və Suriya xarici işlər nazirlərinin görüşü gözlənilir.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə deyib. O bildirib ki, gələn həftə Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla suriyalı həmkarı Valed Muallim arasında danışıqlar olacaq: “Protokol xətti ilə məlumatın təsdiqlənməsini gözləyirik.

Konkret vaxt və format müəyyən olunan kimi, əlavə məlumat verəcəyik”.

Şərhlər

Çox oxunanlar