Avstriya qaçqınlara inteqrasiya paketini açıqlayıb
19.11.2015 18:00 Dünyadan reaksiya 2882
Avstriya Xarici İşlər və İnteqrasiya naziri Sebastian Kurz qaçqınlara hüquq dövləti, demokratiya, bərabərlik və azadlıq mövzularını ehtiva edən zəruri dəyərlər təhsili veriləcəyini açıqlayıb.
Reaksiya.az xəbər verir ki, Kurz Mütəxəssislər Komissiyasının sədri Prof. Dr. Heinz Fassmann ilə nazirlikdə
təşkil etdiyi mətbuat konfransında mühacirət tələbləri qəbul edilən qaçqınların ölkəyə uyğunlaşmasının təmin edilməsi üçün hazırlanan, 50 maddədən ibarət olan inteqrasiya paketi ictimaiyyətə açıqlayıb.
Xarici işlər nazirinin Kurz qaçqınların cəmiyyətə inteqrasiya təmin etməsini və iş bazarına girişlərini sürətləndirmək istədiklərini söyləyib. İl sonuna kimi 95 min miqrantın ölkəyə daxil etməsini gözlədiklərini izah edən Kurz bunların təxminən 40 minini qaçqın statusu veriləcəyini ifadə edib.
Zəruri dəyərlərin təlimi keçiriləcək
Sığınacaq müraciətləri qəbul edilən qaçqınlara alman pedaqogikası, hüquq dövləti, demokratiya, bərabərlik və azadlıq mövzularını ehtiva edən zəruri dəyərlər təhsili veriləcəyini ifadə edən Kurz bildirib ki, ölkəmizə gələn bu insanlar pis insanlar deyillər, ancaq onlar çox fərqli din, mədəniyyət və dəyərlərdən gəlirlər: “Bizim dəyərlərimizlə tanış deyillər. Bizim işimiz və vəzifəmiz bu insanları dəyərlərimizlə tanış olmaqdır. Dəyərlərimizə və baxışımıza hörmət duyanlara qapımız açıqdır".
Şərhlər