Ukraynaya qarşı "informasiya savaşı" davam edir
19.11.2015 18:06 Dünyadan reaksiya 2256
İnternetdəki bəzi mənbələr Ukraynada 1 yanvar 2016 – cı ildən etibarən 45 yaşından kiçik olan kişilərin xaricə çıxmasının qadağan ediləcəyi ilə bağlı məlumat veriblər. Ukrayna Prezident İdarəsi məlumatları yalanlayaraq bunun təbliğat olduğunu bildirib.
Reaksiya.az xəbər verir ki, həmin qadağa 7 səfərbərlik dalğası davam etdiyi müddətcə tətbiq olunan ayrıca əsgərlik şöbələrində səfərbərliyi yeni dalğasının xüsusiyyətləri ilə əlaqədar məlumat verildiyi və artıq qışda reallaşdırılacaq yeni çağırışın edilməsi üçün lazımlı şərtlərin yaradılmasına istiqamətli işlərin başladıldığı irəli sürülüb.
Bundan başqa yayımlanan məlumata görə Ukrayna Silahlı qüvvələrində yarım illik müqaviləli əsgərlik edən şəxslərin müqavilələrinin müddətinin ləğv edilməyəcəyi müdafiə edilib.
Ukrayna Prezident İdarəsi Terrorla Mübarizə İdarəsinin sözçüsü Aleksandr Motuzyanik 45 yaşından kiçik olan ukraynalı kişilərin xaricə çıxmasının qadağan ediləcəyi ilə bağlı məlumatların Ukraynaya qarşı informasiya müharibəsi daxilində nəşr edildiyini bildirib.
19 Noyabr tarixində təşkil edilən mətbuat konfransında danışan Aleksandr Motuzyanik qeyd edib ki, bəzi media quruluşları, 45 yaşından kiçik olan Ukraynalı kişilərin xaricə çıxmasının qadağan ediləcəyi ilə əlaqədar yalan və provokatif məlumatları yayır.
Şərhlər