Rusiya və Fransa generalları razılaşdı - Suriya ilə bağlı

19.11.2015 18:09     Dünyadan reaksiya     2018

Rusiya və Fransanın baş qərargah rəisləri Valeriy Qerasimov ilə Pyer de Vilye telefon söhbəti zamanı İŞİD-lə birgə mübarizəni müzakirə ediblər.

Reaksiya.az xəbər verir ki, bir saata yaxın davam edən telefon danışığı zamanı əməliyyatları koordinasiya etmək barədə razılığa gəlinib.

Baş qərargah rəisləri həmçinin Rusiya və Fransa prezidentlərinin tapşırıqlarını müzakirə ediblər.

Bildirilir ki, bundan sonra Rusiya Hərbi-Hava Qüvvələri və Fransanın Hərbi-Dəniz Qüvvələri Suriyada əməkdaşlıq edəcəklər.

Şərhlər

Çox oxunanlar