ATƏT PA prezidenti çağırış etdi

20.11.2015 00:13     Dünyadan reaksiya     1727

ATƏT Parlament Assambleyasının prezidenti İlka Kanevra ATƏT-i Azərbaycanda ofisini yenidən açmağa çağırıb.

Reaksiya.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə o, ATƏT Daimi Şurasının iclasında çıxışında deyib.

İ. Kanerva bildirib ki, ATƏT yerlərdə daha çox nümayəndəlik açmalıdır: “ATƏT-in yerlərdə çoxillik büdcə və mandatı olan daha çox nümayəndəliyinin olmasına ehtiyac var. "Mən və mənim həmkarlarımATƏT-i Azərbaycan və Gürcüstanda nümayəndəliklərini yenidən açmağa çağırırıq”. 

Şərhlər

Çox oxunanlar