Obama və Ollanddan birgə bəyanat

20.11.2015 02:18     Dünyadan reaksiya     1516

ABŞ prezidenti Barak Obama və onun fransalı həmkarı Fransua Olland aralarında keçirilən telefon danışığı zamanı İŞİD terror qruplaşmasını məhv etmək niyyətində olduqlarını bəyan ediblər. Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin məlumatında bildirilib.   

İki dövlət başçısı vətəndaşlarının təhlükəsizliyinin necə təmin edilməsini müzakirə ediblər.   

Bəyanatda qeyd olunub ki, Fransua Ollandın gələn həftə Vaşinqtona səfəri zamanı prezidentlər Suriyada münaqişənin nizamlanması yollarını və İŞİD-lə mübarizədə gələcək addımları müzakirə edəcəklər.   

Şərhlər

Çox oxunanlar