Şimali Koreyadan cənub qonşusuna təklif
20.11.2015 08:06 Dünyadan reaksiya 1811
Koreya Xalq Demokratik Respublikası yüksək səviyyəli danışıqlara hazırlıq məqsədilə Cənubi Koreyaya noyabrın 26-da danışıqlar aparmağı təklif edib. Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Renhap” məlumat yayıb.
Məlumata görə, görüşün Panmınçjon yaşayış məntəqəsində keçirmək təklif olunur.
Bundan əvvəl KXDR lideri Kim Çen In Cənubi Koreya ilə dost münasibətlər qurmaq niyyətində olduğunu bəyan edib.
Şərhlər