“Ukrayna Rusiyaya üç milyard dolları ödəməyəcək”
20.11.2015 07:08 Dünyadan reaksiya 1734
Ukraynanın baş naziri Arseniy Yatsenyuk Kiyevin Rusiyaya üç milyard dolları ödəməyəcəyini və borcun restrukturizasiyasına dair Rusiya tərəfinə hər-hansı digər şərtlər təqdim etməyəcəyini bildirib. Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Yatsenyuk Ukrayna telekanallarının birinə müsahibəsində bildirib.
“Mən həmçinin Rusiya tərəfinə digər kreditorlardan fərqli şərtlərin olmayacağını bildirdim. Əsas şərt – borcun 20 faiz azaldılması, bütün borcların 4 il müddətində qaytarılması. Əgər bu şərtlə razılaşmasanız Ukrayna hökuməti Rusiyaya 3 mlrd dolların ödənilməsinə moratoriy tətbiq edilməsinə dair qərar verəcək. Qonşumuza və işğalçı dövlətə çox sadə şəkildə izah etmək istəyirəm: Biz üç milyard dolları ödəməyəcəyik”, deyə Yatsenyuk qeyd edib.
Şərhlər