"Suriyanın gələcəyinə suriyalılar qərar verəcək" - Dövlət katibi
20.11.2015 09:45 Dünyadan reaksiya 2068
"Vyana danışıqlarından sonra, Suriyada problemin diplomatik yolla həlli üçün müxalifət nümayəndələri bir araya gəlməyə başlayıb, ancaq ölkənin gələcəyinə suriyalılar qərar verəcək".
Reaksiya.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında ABŞ dövlət katibi Con Kerri deyib.
Kerri İŞİD-ə qarşı mübarizə çərçivəsində ABŞ prezidenti Barak Obamanın Paris hücumlarından daha əvvəl tapşırıqlar verdiyini xatırladıb: "Hazırda bunun müsbət nəticələrini əldə edirik. Ancaq İŞİ-lə mübarizə uzun olacaq, səbrli olmalıyıq. Əl-qaidə qədər olmasa da, İŞİD-ə qalib gəlməyimiz zaman alacaq".
Şərhlər