Rusiya yol vergisini dəyişdi, tətil başladı

20.11.2015 11:00     Dünyadan reaksiya     1916

Azərbaycan Gömrük Komitəsi rəsmi olaraq Rusiyanın Federal Gömrük Xidmətinə müraciət edib.

"Azərbaycanın Rusiya ilə sərhəddə yerləşən gömrük-keçid məntəqələrinin fəaliyyətində hər hansı problem yoxdur və gömrük-keçid məntəqələri müəyyən olunan qrafik əsasında gömrük nəzarəti işini həyata keçirir".

Reaksiya.az ANS PRESS-ə  istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi mətbuat xidmətindən verilən məlumata görə, Rusiya Federasiyasının yol vergisi ilə bağlı ölkə qanunveiciliyində həyata keçirdiyi yeni düzəlişlər bu ölkədə fəaliyyət göstərən bir sıra nəqliyyat şirkətlərinin etirazına səbəb olub. Nəticədə ölkənin nəqliyyat sektorunda fəaliyyət göstərən şikətlərin bəziləri tətil elan edərək işi dayandırıb.

Yükdaşımalara təsir edən bu hadisə Azərbaycandan Rusiyaya aparılan kənd təsərrüfatı məhsullarının da daşınmasında problem yaradıb. Belə ki, sərhəddi maneəsiz şəkildə qarşı tərəfə keçən yüklərin təyinat məntəqələrinə, xüsusilə Moskva və Moskva ətrafı regionlara çatdırılmasında əngəllər meydana gəlib.

Xatırladaq ki, yaranmış problemin həlli ilə bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi rəsmi olaraq Rusiyanın Federal Gömrük Xidmətinə müraciət edib.

Şərhlər

Çox oxunanlar