Dövlət qurumlarında xarici proqramlar qadağan olundu - Rusiyada

20.11.2015 11:10     Dünyadan reaksiya     1881

Rusiya baş naziri Dmitriy Medvedyev dövlət və bələdiyyə qurumlarının ehtiyacları üçün xaricdən proqram təminatı almağı yasaqlayan qərar imzalayıb.

Reaksiya.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin rəsmi saytında bildirilib.

Bu qərarda qeyd olunur ki, xarici dövlətlərdən qaynaqlanan proqram təminatları dövlət və bələdiyyə qurumlarında istifadə edilə bilməz.

Lazımi funksiya və texniki xrakateristika baxımından Rusiyada tapılmayan proqramlar istisna olmaqla, ancaq Rusiyada hazırlanmış proqram təminatlarını sifariş etmək tələb olunur.

Yaxın müddətdə vahid proqram reyestrinin də yaradılması nəzərdə tutulur.

Şərhlər

Çox oxunanlar