Rusiya azərbaycanlıları geri göndərir

20.11.2015 11:53     Dünyadan reaksiya     2170

Onlar Rusiya Təhlükəsizlik Xidməti tərəfindən vətənlərinə yola salınıblar.

Rusiyanın geri göndərdiyi miqrantlar arasında azərbaycanlılar da var.

Reaksiya.az ANS PRESS-ə istinadən xəbər verir ki, axır vaxtlar Rusiya Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən bir çox ölkənin vətəndaşları vətənlərinə geri qaytarılır.

Belə ki, onların əksəriyyəti Özbəkistandan (322 nəfər) və Tacikistandır (105 nəfər). Bu iki ölkədən başqa, siyahıda Azərbaycan, Ermənistan, Vyetnam, Türkiyə, Moldova, Qazaxıstanın da adı var.

Ötən gecə də Başqırdıstandan 5 qeyri-leqal miqrant Rusiya hava limanından geri göndəriblər.

Belə ki, Samara ərazisinin məhkəmə polisləri Kurumoç beynəlxalq aeroportundan 5 xarici vətəndaşı vətəninə göndəriblər.

Rusiya Federasiyası ərazisində qanunsuz yaşamış 5 Tacikistan vətəndaşı Düşənbə şəhərinə məhkəmə nümayəndələrinin operativ müşayiəti ilə uçuş həyata keçiriblər.

Ümumilikdə bu ilin başlanğıcından Samara üzrə Rusiya sərhədi boyu 635 xarici vətəndaş ölkəyə daxil olub və onları geri qaytarmaq üçün Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinə veriliblər.

Hələ ötən ildən Rusiyadan qeyri-leqal miqrant kimi qovulan şəxslərə ölkənin Miqrasiya Xidmətindən bildiriblər ki, qanunuz miqrant statusu alan və Rusiya sərhədlərindən kənarlaşdırılan şəxslərin yenidən Rusiyaya qayıtmaları üçün amnistiya verilməyəcək.

Bu barədə Rusiyanın Federal Miqrasiya Xidmətindən açıqlama veriblər. Açıqlamada qanunsuz miqrantlar yenidən Rusiyaya qayıtmaları üçün Amnistiya haqqında qanunun 2025-ci ilə qədər qəbul edilməyəcəyi bildirilib.

Belə ki, qanunsuz fəaliyyət göstərən miqratların yenidən Rusiyaya qayıtması üçün müəyyənləşdirilən vaxt müddəti 5 il təyin edilib.

Əgər xarici vətəndaş Rusiyaya gəlməyi qərara alırsa, o xarici vətəndaşların Rusiyada yaşamasına icazə verən əsas qaydaları bilmə­lidir: hər bir miqrant rus dili qanununu, tarixini və qanunvericiliyini bilməli, hətta, test imtahanları da verməlidirlər.

2007-ci ilin yanvar ayından Rusiya Federasiyası höku­mə­tinin “Rusiya Federasiyasında xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin miqrasiya qeydiyyatının həyata keçirilməsinin Qaydalarının təsdiq olunması haqda” qərarı ilə xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınması ləğv edilmiş və əvəzində xarici vətən­daşların Rusiya Fe­derasiyasında yaşayış yeri üzrə miqrasiya qey­diyyatı tətbiq edilir.

Şərhlər

Çox oxunanlar