Niyə Parisdəki terror qurbanlarına göstərilən diqqət, rusiyalı qurbanlara göstərilmir?

20.11.2015 12:10     Dünyadan reaksiya     2268

Columbia University professoru Stephen Sestanovich “The Wall Street Journal” da dərc olunan yazısında bu sualı yönəldərək cavablarını axtarır. Sestanovich yazısında bu fikirləri dilə gətirir:

“Hər terror hücumu kimi Paris hücumunda da bu sual yenidən gündəmə gəldi: Niyə biz bəzi hücumlara daha çox reaksiya göstəririk? Livandakılar bu ölkədəki hücumdan sonrası Qərbin zəif bir reaksiya verdiyini ifadə edir. Ruslar Misirdə salınan sərnişin təyyarəsində iki qatı insan öldüyünü ifadə edir. (Ayrıca Obamanın səbəb axtarmadığını, təziyələrini bildirmədiyini də soruşurlar).

Əgər normal insani davranışlarımızda siyasətin rolu varsa, bunun niyə belə olduğunu özümüzdən soruşmalıyıq. Ruslara görə cavab sadə; soyuq müharibə dövründən qalma Rusiya fobisi təbliğatıdır. Amma gerçək bu qədər sadə deyil. Gerçək, "yumşaq qüvvə" anlayışını da özündə ehtiva edir. Yumşaq qüvvə digərlərinin, sizin etdiyinizi edəcəyinə etibarınızı yoxlayır. Rusiya bu baxımdan böyük itkilərə uğrayıb. Terrorizmlə mübarizə mövzusunda baxımdan indiyə kimi üç itkiyə məruz qalıb.

Birincisi, digər liderlər Rusiya prezidenti Vladimir Putin ilə çiyin-çiyinə dayanmaqdan çəkinir; çünki mənəvi duruşu davamlı olaraq siyasi üstünlüyə çevirməyə çalışır (Hələ keçən il Ukrayna üzərində salınan Malaziya sərnişin təyyarəsi haqqında doğru açıqlama vermədi).

İkincisi, Qərb dövlətləri, İŞİD-ə həmişə birlikdə qarşılaşmanın, Rusiyanı həqiqətən bir müttəfiq olmağa gücünün çatacağı mövzusunda tərəddüd edir. İŞİD - ə qarşı bombardman başlatdı, amma İŞİD-dən bütün qrupları bombaladı; bu da Rusiya siyasətinin qanuniliyinin sorğulanmasına yol açıb.

Üçüncüsü, Qərb hökumətləri, hədəflər eyni da olsa, Rusiyanın istifadə etdiyi üsullar mövzusunda narahatdır.

Şərhlər

Çox oxunanlar