Malidə oteldə dəhşət - 170 nəfər girov götürüldü
20.11.2015 13:56 Dünyadan reaksiya 1823
Malidə otelə silahlı hücum olub. Məlumata görə, 170 nəfər girov götürülüb.
Reaksiya.az ANS PRESS-ə istinadən xəbər verir ki, terrorçular hadisə yerinə diplomatik korpusa məxsus nömrəli maşınlarla gəliblər.
Qeyri-rəsmi məlumatlara görə, hazırda oteldəki 170 nəfər girov götürülüb.
Reuters-in məlumatına görə, silahlılar avtomatlar vasitəsi ilə oteldəkilərə atəş açıblar. Hadisə nəticəsində 3 nəfərin dünyasını dəyişdiyi bildirilir.
Bütün bu hadisələr otelin 7-ci mərtəbəsində baş verir. Dəhlizdə terrorçularla atışma davam edir. Hazırda otelin ətrafında təhülükəsizlik tədbirləri gücləndirilir.
Şərhlər