Dünyanın ən güclü orduları - SİYAHI
20.11.2015 14:26 Dünyadan reaksiya 2373
İlk üçlükdə Azərbaycanın ən yaxın qonşusunun da adı var.
Dünyanın ən güclü döyüş bacarığı olan orduların reytinqi açıqlanıb.
Reaksiya.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu reytinq "Credit Suiss" ekspertləri tərəfindən təşkil olunub.
Təqdimatın nəticəsinə əsasən, birinci yerdə ABŞ, ikici yerdə Rusiya, üçüncü yerdə isə Çin ordusu dayanır.
Siyahının ilk onluğunu təşkil edən dövlətlər: Yaponiya, Hindistan, Fransa, Cənubi Koreya, İtaliya, Böyük Britaniya və Türkiyədir.
Siyahı Kanadanın ordusu ilə tamamlanır.
Reytinq cədvəli hərbçilərin gücünün xüsusi indeksinin hesablanması əsasında təşkil olunub. Hesablamalara, əsasən, 6 göstərici daxildir: silahlı qüvvələrin sayı, dəniz donanmasında zirehli texnikanın, təyyarələrin, helikopterlərin, sualtı gəmilərin və gəmilərin sayı. Bundan başqa, siyahı tərtib edilərkən, hərbi xərclərin həcmi də nəzərə alınıb.
Reytinqdə ABŞ ordusunun birinciliyi ölkənin yüksək hərbi büdcəsiylə bağlıdır. Belə ki, 2014-cü il üçün ABŞ ordusuna 610 milyard dollar xərclənib ki, bu da yerdə qalan digər dövlətlərin xərclərindən çoxdur.
ABŞ ordusu
Silahlarına heç də az pul xərcləməyən Rusiya və Çin xərclərin effektivliyinə görə qalib ölkələrdəndirlər. Onların ordusu, əsasən, ən yeni silahlara görə seçilir. 2014-cü ildə Rusiya qoşunlarına 4,5 mindən çox hərbi texnika nümunələri, 142 təyyarə, 135 vertolyot və s. alınıb.
2015-ci ildə isə Rusiya ordusu hərbi texnikanın yenilikləri beşinci nəslin qırıcı T-50 təyyarəsi, tırtıllı platforma "Armata", yeni zenit kompleksi C-500 və s. ilə zənginləşib.
Rusiya ordusu
Silahların yeni nümunələrinə kifayət qədər vəsait ayıran digər ölkə Çindir. İkinci Dünya Müharibəsinə həsr olunmuş paradda ölkə ordusuna aid DF-21D, gəmi əleyhinə ballistik raketlər nümayiş olunub.
Çin ordusu
Ekspertlər onu qeyd ediblər ki, ABŞ-ın texniki avadanlıqları tədricən dağıdılır. Rusiya və Çin isə müxtəlif yeni avadanlıqlar almağa üstünlük verirlər.
Siyasi və Hərbi İnstitutun direktor müavini Aleksandr Xramçixin deyir ki, ABŞ - ənənəvi hava və dəniz gücünə görə, Çin - yerüstü silahlara görə, Rusiya isə - hərbi texnikanın yeni nümunələrinə görə fərqlənir.
Qeyd etmək lazımdır ki, reytinq cədvəlində nüvə silahları nəzərə alınmayıb. Çünki dünya üzrə nüvə silahlarının 90% ABŞ və Rusiyanın əlində cəmləşib.
Ötən il də tərtib olunan siyahı
Şərhlər