Malidə girov götürülənlərin bir hissəsi sərbəst buraxıldı

20.11.2015 14:49     Dünyadan reaksiya     1862

Malinin paytaxtı Bomako şəhərində “Radisson” hotelində girov saxlanılanların bir hissəsi azad olunub.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, silahlılar onları “Quran”dan sitat gətirə bildikləri üçün sərbəst buraxıblar.

Hücum zamanı terrorçular dini şüarlar səsləndiriblər. Hotelin təhlükəsizlik xidmətinin azı iki əməkdaşı xəsarət alıb.

Xatırladaq ki, sayı 10-a yaxın olduğu deyilən silahlı şəxslər 140 müştərini, habelə 30 nəfər hotel əməkdaşını girov götürüblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə terrorçular arasında atışma gedir.  

Şərhlər

Çox oxunanlar