Bu ölkədə vətəndaş pasportu almaq üçün 251 dollar ödənilir

20.11.2015 16:25     Dünyadan reaksiya     2318

Türkiyə dünyanın ən bahalı vətəndaş pasportu verən ölkə hesab olunur.

Reaksiya.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyədə vətəndaş pasportu almaq üçün 251 dollar ödənilir.

Araşdırmaya görə, Türkiyədə minimum maaşla işləyən vətəndaşın 10 illik pasport ala bilməsi üçün 95 saat işləməsi lazımdır.

Vətəndaş pasportu üçün çəkilən xərclərə görə, ikinci yerdə 206 dollarla Avstraliya, üçüncü yerdə isə 159 dollarla İsveçrə yer alır.

Şərhlər

Çox oxunanlar