Putin İrana səfər edəcək

21.11.2015 00:11     Dünyadan reaksiya     1637

Rusiya prezidenti Vladimir Putin noyabrın 23-də İrana səfər edəcək.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, səfər çərçivəsində V. Putin İran prezidenti Həsən Ruhani və İranın ali lideri Əli Xameneyi ilə görüşəcək.

Görüşlərin yekununda hökumətlər arasında xüsusi şəxslər üçün qarşılıqlı səfərlərin asanlaşdırılması və səhiyyə nazirlikləri arasında əməkdaşlığa dair sənədlər imzalanacaq. 

V. Putin səfər çərçivəsində Tehranda qaz ixrac edən ölkələrin III Forumuna da qatılacaq.

 

Şərhlər