Fransadakı əməliyyatda 3 terrorçu öldürülüb
21.11.2015 00:32 Dünyadan reaksiya 1591
Fransa prokurorluğu Sen-Denidə terrorçuların gizləndiyi mənzilin partladılması zamanı orada 2 deyil, 3 terrorçunun olduğunu açıqlayıb.
Reaksiya.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə BBC məlumat yayıb. Ölənlərin içərisində üçüncü şəxsin olması cəsədlərin ekspertizasından sonra məlum olub. Onun kimliyi hələlik müəyyənləşməyib, lakin qadın olduğu bildirilir.
Digər iki terrorçunun isə 13 noyabr tarixində Parisdəki terror aktlarının təşkilatçısı Abdelhamid Abaud və onun yaxın qohumu, əməliyyat zamanı özünü partladan Hasna Aitbulahen olduğu açıqlanıb.
Xüsusi əməliyyat Sen-Deni şəhərində noyabrın 18-də keçirilib. Nəticədə terrorda şübhəli bilinən 7 nəfər saxlanılıb. Əməliyyat zamanı 5 polis yaralanıb.
Şərhlər