Malidə hoteldə 27 nəfərin meyiti aşkarlanıb

21.11.2015 01:08     Dünyadan reaksiya     1741

Malinin paytaxtı Bamakoda “Radisson Blu” hotelində 27 nəfərin meyiti aşkarlanıb.

Reaksiya.az-ın Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkədəki BMTsülhməramlıları bildirib.

Hazırda hoteldə axtarış aparılır. Ölənlərin sayı dəqiqləşdirilir.

AFP agentliyinin məlumatına görə, hotelə hücumda iştirak edən 2 terrorçu məhv edilib.

Qeyd edək ki, terrorçular tərəfindən ümumilikdə 170 nəfər girov götürülüb, onlardan bir hissəsi sərbəst buraxılmışdı. 

Şərhlər