Fransada fövqəladə rejimin müddəti uzadıldı
21.11.2015 01:17 Dünyadan reaksiya 1710
Fransa senatı ölkədə fövqəladə vəziyyət rejiminin 3 ay müddətinə uzadılmasını təsdiqləyib.
Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Senat sədri Bernar Larşe bildirib.
Onun sözlərinə görə, səsvermədə 348 senator iştirak edib, onlardan bir neçəsi bitərəf qalıb.
“348 nəfərdən 336-sı qərarın lehinə səs verib. Beləliklə, qanun layihəsi qəbul olunaraq təsdiqlənib”, deyə Fransa parlamenti yuxarı Palatasının sədri bildirib.
Şərhlər