“Əl-Qaidə” Malidə hotelə hücuma görə məsuliyyəti öz üzərinə götürüb

21.11.2015 04:19     Dünyadan reaksiya     1811

“Əl-Qaidə” Malinin paytaxtı Bamakoda hotelə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Reaksiya.az-ın APA-ya istinadən məlumatına görə,  hücum "İslam Maqrib dövlətlərində Əl-Qaidə Təşkilatı" və “Əl-Murabitun” silahlıları tərəfindən birgə təşkil olunub.

Xatırladaq ki, noyabrın 20-də Malinin paytaxtı Bamakoda “Radisson Blu” hotelində terrorçular tərəfindən ümumilikdə 170 nəfər girov götürülüb, onlardan bir hissəsi sərbəst buraxılıb. Son məlumatlara əsasən hadisə nəticəsində 27 nəfər ölüb. 

Şərhlər

Çox oxunanlar