Brüsseldə ən yüksək terror təhlükəsi səviyyəsi elan edilib

21.11.2015 05:30     Dünyadan reaksiya     1532

Belçikanın paytaxtı Brüsseldə ən yüksək terror təhlükəsi səviyyəsi elan edilib.

Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, ölkənin hüquq-mühafizə orqanları Parisdə baş vermiş terror aktları ilə əlaqədar əməliyyat keçirir.

Ötən axşam Belçika prokurorluğu Parisdəki qanlı hadisələrlə bağlı adı açıqlanmayan şəxsə qarşı ittiham irəli sürüb.

Saxlanılan şəxs terror qruplaşmasına qoşulmaqda təqsirli bilinir. Ona qarşı "terror təşkilatının fəaliyyətində iştirak etmək" maddəsi ilə cinayət işi açılıb.

Şərhlər

Çox oxunanlar