BMT Təhlükəsizlik Şurası İŞİD-lə mübarizəyə dair qətnamə qəbul edib
21.11.2015 05:57 Dünyadan reaksiya 1656
BMT Təhlükəsizlik Şurası Fransanın hazırladığı İŞİD və digər terrorçu qruplaşmalara qarşı mübarizəyə dair qətnaməni qəbul edib.
Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, qətnamənin lehinə Şuranın 15 üzvü yekdilliklə səs verib.
“İŞİD qlobal miqyasda beynəlxalq sabitliyə ciddi təhlükə yaratmaqdadır”, sənəddə deyilir. Qətnamədə həmçinin terrorçuluğa qarşı bütün vasitələrlə mübarizənin vacibliyi vurğulanıb.
Qeyd edək ki, bu, 1999-cu ildən etibarən BMT tərəfindən terrorizmlə bağlı qəbul edilən sayca 14-cü qətnamədir.
Şərhlər