Almaniya parlamenti İŞİD-lə müharibə tələb edir
21.11.2015 10:16 Dünyadan reaksiya 2078
Almaniya parlamentində çoxluq təşkil edən Xristian-Demokrat Partiyası (XDS) və Almaniya Sosial-Demokrat Partiyasının (SDPG) üzvləri Almaniyanın İŞİD-ə qarşı mübarizəyə başlamasını tələb ediblər.
Reaksiya.az “Der Spiegel”ə istinadən xəbər verir ki, SDPG təmsilçisi Tomas Hitçler Almaniyanın İŞİD-lə müharibəyə hazır olmasını, XDS təmsilçisi Roderik Kizevetter isə Almaniya hərbi-hava qüvvələrinin İŞİD-i bombalaması barədə çağırışlar səsləndiriblər.
Yaşıllar Partiyasının lideri Simone Peter isə "Bundestag"dakı bu çağırışların əleyhinədir: “Əlbəttə, biz fransalı dostlarımızla həmrəyik, lakin həmrəylik o demək deyil ki, biz də hava zərbələrinə qoşuluruq”.
Şərhlər