NATO-ya daha bir ölkə qatılır - Dekabrın 1-dən
21.11.2015 10:44 Dünyadan reaksiya 1860
Çernoqoriya dekabrın 1-də NATO-ya dəvət alacaq.
Reaksiya.az xəbər verir ki, bu barədə “Die Welt” qəzeti diplomatik dairələrdəki mənbəyə istinadən xəbər yayıb.
Qeyd olunur ki, Çernoqoriyaya rəsmən üzvlük dəvəti NATO XİN başçılarının iclasında elan olunacaq.
Rusiya da öz növbəsində NATO üzv-ölkələrinə məktub göndərərək, Çernoqoriyanın alyansa qatılmasının Moskva-Brüssel münasibətlərinə mənfi təsir edəcəyini vurğulayıb.
Şərhlər