“Turkish Airlines” təyyarəsi təcili eniş etdi
22.11.2015 11:47 Dünyadan reaksiya 1888
Nyu-Yorkdan Ankaraya uçan, “Turkish Airlines” şirkətinə məxsus “Airbus A330” təyyarəsi Kanadanın Qalifaks şəhərinə təcili eniş edib.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, təcili enişə təyyarədə bomba olması ehtimalı səbəb olub.
Təcili enişdən sonra təyyarədə olan 256 nəfərin hamısı təhlükəsiz yerə təxliyə edilib.
Kanada polisindən bildiriblər ki, məcburi eniş təyyarənin göyərtəsində bomba olması barədə məlumata görə həyata keçirilib.
Hazırda təyyarənin göyərtəsində itlərin də köməyi ilə axtarış aparılır.
Şərhlər