İsveçrə Əsədin qohumlarının puluna əl qoydu
23.06.2015 16:56 Dünyadan reaksiya 1697
İsveçrə Suriya prezidenti Bəşər Əsədin qohumunun banklardakı hesabını dondurub.
İsveçrə Suriya prezidenti Bəşər Əsədin qohumunun banklardakı hesabını dondurub.
ANS PRESS-in məlumatına görə, İsveçrə Federal İnzibati Məhkəməsi bu qərarı Suriyadakı Əsəd rejiminə maliyyə yardımı edildiyi üçün verib.
Bəşər Əsədin əmisi oğlu Rami Makhloufun İsveçrə banklarında olan bütün pullarından istifadə etməsinə qadağa qoyulub. Bu qərara etiraz edən Rami Makhlouf apelyasiyaya müraciət edib. Ancaq məhkəmə bu dəfə də onun tələbini təmin etməyib.
Xatırladaq ki, İsveçrə hökuməti 2013-cü ildə İsveçrəyə gəlmək üçün viza istəyən Rami Makhlouf və qardaşı Hafiz Makhloufun ölkəyə girişini qadağan etmişdi.
Şərhlər