Türkiyədən BMT-ə çağırış - Türkmənlər üçün

23.11.2015 15:53     Dünyadan reaksiya     1839

Türkiyə Suriyada türkmənlərə qarşı başladılan hücumları müzakirə etmək üçün BMT-nin Təhlükəsizlik Şurasını toplanmağa çağırıb.

Reaksiya.az “Qafqazinfo”ya istiandən xəbər verir ki, bu barədə Reuters hökumətə yaxın mənbələrinə istinadən məlumat yayıb. Keçən həftə Rusiyanın Suriyada hava əməliyyatları davam etdiyi bir vaxtda Türkiyə İŞİD-in deyil, Türkmən dağındakı türkmənlərin hədəf alındığını açıqlamışdı. Açıqlamadan dərhal sonra Rusiyanın Ankaradakı səfiri XİN-ə çağırılmışdı.

Artıq Türkiyə xarici işlər naziri məsələni müzakirə etmək üçün ABŞ dövlət katibi Con Kerri ilə telefon əlaqəsi saxlayıb.

Dünən TBMM-də jurnalistlərin suallarını cavablandıran baş nazir Əhməd Davudoğlu isə “İŞİD adı altında Suriyada dinc əhaliyə, xüsusilə də türkmənlərə qarşı soyqırıma yol verilməməlidir” ifadələrini işlədib. Davudoğlu həmçinin bu məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasına məktub göndərdiklərini də vurğulamışdı.

Şərhlər

Çox oxunanlar