Lavrov və Sinirlioğlu Cənubi Qafqazdan danışacaqlar

23.11.2015 17:34     Dünyadan reaksiya     1726

Moskva ilə Ankaranın bir çox beynəlxalq və regional məsələlərdə yanaşması oxşar və ya eynidir.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.

Noyabrın 25-də İstanbulda keçiriləcək V Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasını iclası ilə bağlı yayılan bəyanatda qeyd olunur ki, Sergey Lavrov türkiyəli həmkarı Firudin Sinirlioğlu ilə bir sıra qlobal və regional məsələləri müzakirə edəcək: "Nazirlər Yaxın Şərq və Şimali Afrikadakı vəziyyətlə bağlı geniş fikir mübadiləsi aparacaqlar. Terrorla mübarizənin təsirinin artırılması da müzakirə mövzusu olacaq. Ukrayna, Cənubi Qafqaz və Mərkəzi Asiyada vəziyyətlə bağlı mövzular, habelə beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyətə dair dialoq davam etdiriləcək". 

Bəyanatda Rusiya Xarici İşlər Nazirliyinin Türkiyə ilə konstruktiv dialoqu davam etdirmək niyyətində olduğu da vurğulanıb: "Moskva ilə Ankara qlobal və regional çağırışlara qarşı birgə mübarizə üçün əməkdaşlığı möhkəmləndirməyin tərəfdarıdır". 

 

Şərhlər

Çox oxunanlar