Putin və Xamneyi görüşdü

23.11.2015 17:42     Dünyadan reaksiya     2267

Rusiya prezidenti Vladimir Putin İranın ali lideri Əli Xamneyi ilə görüşüb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, Qaz İxrac Edən Ölkələrin III Sammitində iştirak etmək üçün Tehranda səfərdə olan Rusiya prezidentinin Ə. Xamneyi ilə görüşü sammitdən əvvəl baş tutub.

V. Putinin İran prezidenti Həsən Ruhani ilə də görüşü planlaşdırılır.

Görüşlərin yekununda hökumətlər arasında xüsusi şəxslər üçün qarşılıqlı səfərlərin asanlaşdırılması və Səhiyyə nazirlikləri arasında əməkdaşlığa dair sənədlər imzalanacaq.

Şərhlər

Çox oxunanlar